Nizami rayonunda yol-nəqliyyatı hadisəsi baş verib - xəsarət alan var

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

“Opel” markalı avtomobilin sürücüsü işıqforla tənzimlənən yoldan keçərkən “Chevrolet” markalı maşına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. “Opel”də olan bir nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə