Naməlum şəxs avtomobilləri yandırıb

“Moskva Siti” kompleksində iki avtomobil yanıb. SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə fövqəladə hallar xidmətindəki mənbəyə istinadən xəbər verir.

Yanğının qarşısının alındığı bildirilir.

Hadisənin şahidləri avtomobillərin yanında bir nəfərin göründüyünü iddia edirlər. “Baza” Telegram kanalı xəbər verir ki, onun əlində “molotov kokteyli” olduğu iddia edilib.

Şahidlərin sözlərinə görə, hücum edən şəxs müharibə əleyhinə şüarlar səsləndirib.

Həmin şəxs “Moskva Siti” binasının girişindən 25 metr aralıda dayanıb və maşınlara “şüşə və ya fişəng kimi görünən bir şey” atıb. “Mash” kanalı əlavə edir ki, yanğın törədən şəxs polis tərəfindən saxlanılıb.

Saxlanılan zaman o, siyasi şüarlar səsləndirib. Bundan əlavə, o, telefonunu sındırmağa çalışıb, əlindəki yumşaq oyuncağı isə əzib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə