Avtomobildən 1 kiloqrama yaxın heroin götürülüb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Coşqun Alışov şəhər ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən ümumilikdə 40 qramdan artıq heroin, tiryək və metamfetamin, idarə etdiyi “Renault” markalı avtomobildən isə 1 kiloqrama yaxın heroin, 12 qramdan artıq metamfetamin, 1 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə