İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub

Oktyabrın 5-də Naxçıvan seysmoloji stansiyasından 92 kilometr cənub-qərbdə - İran ərazisində zəlzələ baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 17:51-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 5.1-ə bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə