Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Rəhman Məhərrəmovu vurub. Zərbənin təsirindən piyada qarşıdan gələn avtomobilə çırpılıb. 38 yaşlı kişi xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB