4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib

Bakının Xəzər rayonunun Binə qəsəbəsində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan “Toyota Prius” markalı avtomobil hərəkətdə olarkən yol kənarında dayanan 20 yaşlı İbadov Məhəmməd Fərrux oğlunu və 29 yaşlı Hüseynova Saray Akşin qızını vurub.

Daha sonra sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini digər avtomobilə çırpıb. Nəticədə digər avtomobildə olan iki nəfər də xəsarət alıb. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə