Bakıda gənc oğlan güllələnib

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər güllələnib. SİA xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində qeydə alınıb.

1994-cü il təvəllüdlü Piriyev Tural Xanlar oğlu naməlum şəxs tərəfindən tüfəngi ilə güllələnib. O sağ baldır və qarın nahiyysinin güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə