Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını aşıb.

Qəza zamanı sürücü 1973-cü il təvəllüdlü Vidadi Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə