Göygöldə partlayışla nəticələnən yanğın olub. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Toğanalı kəndində qeydə alınıb.
Hadisə nəticəsində 1948-ci il təvəllüdlü Taryel Hüseynov bədənin çox hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB