Daşkəsən rayonunun Xoşbulaq kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA-nın Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1963-cü il təvəllüdü Gülnaz Mustafayeva, 1976-cI il təvəllüdlü Sahil Məmmədov və 1978-ci il təvəllüdlü Hicran Məmmədova xəsarət alıblar.

Hər üçü xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə