Yasamalda baş verən yanğın söndürülüb

Yasamalda baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, Yasamal rayonu Hind Klinikasının yaxınlığında hasara alınmış ərazidə məişət tullantılarının yanması barədə 112 qaynar xəttinə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın qısa müddətdə söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə