Ağdaşda yeni doğulan əkizlərdən biri ölüb

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan əkiz körpələrdən biri ölüb.

SİA-nın məlumatına görə, rayonun Hapıtlı kənd sakini Mərdanova Günel Nizami qızının sentyabrın 17-də xəstəxanada dünyaya gətirdiyi əkiz oğlan uşaqlarından biri olan Məmmədov Elvin Vilayət oğlu sentyabrın 23-də vəfat edib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə