Xızıda dağlıq-meşəlik ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Xızıda dağlıq-meşəlik ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğının söndürülməsi əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə