Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb. SİA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, dava zamanı 1982-ci il təvəllüdlü Mirzəyev Emin Möhtərəm oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Mirzəyev Ramin Möhtərəm oğlu üz və bədən nahiyyəsindən bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəainin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə