Qanunsuz balıq ovlayan şəxs dövlət qurumunun qayığını yandırıb

Qanunsuz balıq ovlayan şəxs dövlət qurumunun qayığını yandırıb

Kürdə qanunsuz balıq ovlayan şəxslər dövlət qurumunun qayığını yandırıblar.

Bu barədə SİA-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.

O qeyd edib ki, xidmət əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb: "Brakonyer xidməti vəzifələrini yerinə yetirən əməkdaşların qanuni tələblərinə tabe olmayaraq onların olduğu qayığa yanacaq tökərək yandırıb. Hadisə nəticəsində müfəttiş Bəhruz Mustafayev yüngül yanıq xəsarətləri alıb. Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verilib, polisin operativ müdaxiləsi nəticəsində təqsirkar şəxs saxlanılıb. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır”.

Bütün xəbərlər Facebook səhifəmizdə