Şərurda avtomobil piyadanı vurub

Şərur rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 18-i saat 17:00 radələrində rayonun Aşağı Daşarx kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ordubad rayon sakini İ.Ələkbərov idarə etdiyi “Foton” markalı avtomobillə yolu keçən kənd sakini Sahil Qəhrəmanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 19-da orada ölüb.

Şərur Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə