Bakıda avtomobildən 8 min manata yaxın pul oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisində “BMW” markalı bir avtomobildən 7790 manatın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Fəzail Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB