Minik avtomobili aşıb, sərnişin ölüb

Minik avtomobili aşıb, sərnişin ölüb

Goraboyda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Todan kəndində qeydə alınıb. Hərəkətdə olan "NİVA" markalı minik maşını aşıb. Qəza zamanı avtomobildə olab sənişin - 23 yaşlı İsa Rəhimov hadisə yerində ölüb. Sürücü 28 yaşlı Elşən Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə sürücü qəza vaxtı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə