Bakı metrosunda qorxulu anlar yaşanıb

Bakı metrosunda qorxulu anlar yaşanıb

"Elmlər Akademiyası" stansiyasında bir sərnişin (kişi) stansiya yoluna düşərək tunelə doğru hərəkət edib. Bu barədə SİA-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

"Metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və təlimat tələblərinə uyğun operativliyi sayəsində sərnişin saxlanılıb. Sərnişin qatara mindirilib. Qatarların hərəkətində ciddi yubanma olmayıb və qısa müddətdə aradan qaldırılıb. Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır", - o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə