Ağır yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Ağır yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Cəlilabadda baş verən ağır yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub. SİA-nın bölgə müxbirinin məlumatına görə, avtoqəza nəticəsində rayonun Moranlı kəndinin 7 sakini xəsarət alıb.

Bunlar: Əbilov Ələddin Mirzəbala oğlu (1964-cü il təvəllüdlü), Əbilova Mənsurə Salman qızı (1969-cu il təvəllüdlü), Əbilova Güldanə Rafiq qızı (2005-ci il təvəllüdlü), Əbilova Ülviyyə Cavid qızı (2019-cı il təvəllüdlü), Əbilov Cavid Ələddin oğlu (1990-cı il təvəllüdlü), Əbilova Nazlı Cavid qızı (2015-ci il təvəllüdlü) və Salayeva Bənövşə Rafiq qızıdır (2005-ci il təvəllüdlü).

Qeyd edək ki, hadisə Mədətli kəndində qeydə alınıb. Belə ki, "Niva" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə