Xətaidə 21 yaşlı gənci avtomobil vurub

Xətaidə 21 yaşlı gənci avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Məmmədli Səməndər Ələmdar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə