Gömrük nəzarətinə bəyan edilməyən psixotrop maddə aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SİA-ya bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana gedən “SCANIA” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və baxış zamanı kinoloji xidmət iti avtomobilin kabinəsinin ətrafına reaksiya verib.
Yoxlamadan əvvəl sorğu-sual edilən sürücü idarə etdiyi nəqliyyat vasitəsində və öz üzərində gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Yoxlama zamanı isə onun ayağındakı corabın pəncə hissəsində gömrük nəzarətindən gizlədilən, 1 ədəd sellofan paketdə qablaşdırılan və üzərində “B2” yazısı olan 50 ədəd həb və 1 ədəd həb qırıntısından ibarət dərman preparatı aşkarlanıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkarlanan həblər “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin II Siyahısı”na daxil olan buprenorfindir və təsiredici maddəsinin ümumi miqdarı 0,101 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB