Amazonda Braziliyaya məxsus sərnişin gəmisi batıb

...14 nəfərin həlak öldüyü deyilir
Amazonda Braziliyaya məxsus sərnişin gəmisi batıb

Braziliyada, ölkənin şimalındakı Para ştatında çay gəmisinin qəzaya uğraması nəticəsində ən azı 14 nəfər ölüb, 26 nəfər isə itkin düşüb.

SİA TASS-a istinadən xəbərin “Globo” telekanalından verildiyini bildirir.

Telekanalın məlumatına görə, Amazon çayının mənsəbindəki Maraxo arxipelaqının kiçik Camara kəndindən ştatın inzibati mərkəzi Belen şəhərinə gedən gəmidə 70 nəfər olub. Onlardan 30 nəfərinin xilas edildiyi bildirilir.

Hazırda itkin düşənlərin axtarışına dalğıclar və helikopter cəlb olunub.

Hadisədən sağ çıxanların sözlərinə görə, gəmidə uşaq və qocalar olub. Gəmi operatorunun çay nəqliyyatı ilə sərnişin daşınmasına icazəsi olmadığı da bildirilir.

Deyilənlərə görə, o limanı qanunsuz tərk edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə