Gənc oğlan bıçaqlanıb

Abşeron rayonu Masazır qəsəbəsində bıçaqlanma qeydə alınıb. SİA xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Rzali Ali Muhamməd oğlu marketin qarşısında iş yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanaraq çoxlu qan itirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə