3 avtomobil toqquşub, 2 nəfər xəsarət alıb

3 avtomobil toqquşub, 2 nəfər xəsarət alıb

Bakı-Qazax avomobil yolunda zəncirvari qəza olub. SİA xəbər verir ki, hadisə magistral yolun 61-ci kilometrliyində - Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı 3 avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlardan birinin xəsarəti yüngül olduğundan yerində müdaxilə edilib.

Digər yaralı 1963-cü il təvəllüdlü Xəzər Yunusovun vəziyyəti ağır olduğundan Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə