Minik maşını ağaca çırpılıb, sürücü xəsarət alıb

Minik maşını ağaca çırpılıb, sürücü xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb. Hərəkətdə olan “KIA Srento” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə