Avtomobil qəzasında 2 nəfər xəsarət alıb

Avtomobil qəzasında 2 nəfər xəsarət alıb

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var. SİA xəbər verir ki, hadisə sentyabrın 3-ü saat 23 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Qəza zamanı xəsarət alanlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda yaralıların müayinə və müalicəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə