Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Hüseynli Ağahüseyn Qılman oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB