Xaçmazda yanğın olub

Xaçmaz rayonunun Sayad kəndində həyətyanı ərazidə quru ot, kol-kos 2 hektar sahədə, qonşu həyətyanı ərazidə 5 ton ot bağlaması, yaxınlıqda ümumi sahəsi 18 kvadratmetr olan talvarın yanar konstruksiyaları, altına yığılan 9 ton ot bağlaması və ümumi sahəsi 72 m² olan talvarın taxta atmaları yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə