55 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

55 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində 55 yaşlı Əli Məmmədov qonşusu ilə mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona soltərəfli qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə