Azərbaycanda zəlzələ olub

Sentyabrın 1-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə Ağsu rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, yerli vaxtla saat 22:21-də qeydə alınan zəlzələnin ocağı 14 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.4 bərabər olan zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə