Qubadlıda mina partlayıb, xəsarət alan var

Qubadlıda mina partlayıb, xəsarət alan var

Qubadlıda mina partlayışı olub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib.

"Partlayış nəticəsində, Agentliyin minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Belçika malinuası Dina ləqəbli minaaxtaran it tələf olub.

Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - açıqlamada deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə