400 qutu siqaret və 72 ədəd 1 litrlik qablaşdırılmada bitki dərmanı...

400 qutu  siqaret və 72 ədəd 1 litrlik qablaşdırılmada bitki dərmanı...

Gömrük nəzarətindən gizlədilən müxtəlif markalı siqaretlər və bitki dərmanları aşkar edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” və “Mazımqara” gömrük postlarında “DAF”, “MAN” və “Mercedes-Benz” markalı nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunub. Sürücülər idarə etdikləri avtomobillərdə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər. Yoxlama zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 400 qutu müxtəlif markalı siqaret və 72 ədəd 1 litrlik qablaşdırılmada bitki dərmanı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə