İrkutsk vilayətində içərisində 40 sərnişini olan avtobus aşıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İrkutsk vilayət prokurorluğu məlumat yayıb.
Verilən məlumata görə, avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində biri azyaşlı olmaqla 7 nəfər xəsarət alıb.
İlkin məlumata görə, sürücü yol işləri ilə bağlı xəbərdarlıq edən nişanları görməyib. Nəticədə 17 yaşlı yeniyetmə və daha 6 nəfər kömək üçün həkimlərə müraciət ediblər.
Ağır xəsarət alan 58 yaşlı sərnişin xəstəxanaya yerləşdirildiyi, yüngül bədən xəsarətləri alan qalanlarını isə evə buraxıldıqları bildirilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB