Bakı sakinlərindən 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Bakı sakinlərindən 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən Bakı şəhər sakinləri Elvin İsmayılov və Nicat Hüseynov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana, 500 qram psixotrop maddə olan metamfetamin və 558,6 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə