Biləsuvarda baş verən yanğın söndürülüb

Biləsuvarda baş verən yanğın söndürülüb

Biləsuvar rayonu yaxınlığında Mahmudçala Ovçuluq Təsərrüfatına aid ərazidə 1,5 hektar sahədə kol-kos və qamışlıq yanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə