Motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var

Motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 2006-cı il təvəllüdlü Adığözəlov Nahid Namiq oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı motosikletin sürücüsü və sərnişin 2001-ci il təvəllüdlü Omor Hüseyin Feymi oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. N. Adıgözəlova sol baldır sümüklərinin yerdəyişən sınığı, H. Omora isə müştərək travma diaqnozu qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB