Sel və daşqınlar 22 nəfərin həyatına son qoyub

Sel və daşqınlar 22 nəfərin həyatına son qoyub

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində son 24 saat ərzində leysan yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində 8 nəfərlik ailə də daxil olmaqla ən azı 22 nəfər ölüb.

TASS-ın “NDTV” kanalına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Sudeş ştatının təbii fəlakətlərlə mübarizə departamentinin direktoru Kumar Mohta bildirib. Qeyd edək ki, daha 5 nəfərin itkin düşdüyü bildirilir. Bunu isə SİA bəzi qaynaqlara istinadən bildirir.

Beləliklə, departament direktoru ən böyük zərərin Mandi, Kangra və Çamba rayonlarında qeydə alındığını bildirir. Onun sözlərinə görə, ştatda pis hava şəraiti ilə bağlı 36 hadisə qeydə alınıb.

Torpaq sürüşmələri ştatın bir çox yollarında, o cümlədən Manalidən Çandiqarxa gedən böyük magistralda nəqliyyatın hərəkətini iflic edib. Ən çox insan Mandi rayonunda ölüb. Belə ki, verilən xəbərlərə görə, burada 13 nəfərin həyatını itirdiyi bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə