Zəngibasar şəhər meriyasına hücum edən şəxs öldürülüb

Zəngibasar şəhər meriyasına hücum edən şəxs öldürülüb

Dünən axşam Zəngibasar (ermənicə Masis) meriyasında silahlı insident baş verib. SİA xəbər verir ki, qumbara və tapança ilə silahlanmış naməlum şəxs binaya daxil olub.

Zəngibasar şəhərinin meri David Hambardzumyan cümə günü axşam saatlarında qumbara və tapança ilə silahlanmış naməlum şəxsin şəhər bələdiyyəsinin binasına soxulmasıyla baş vermiş insidentlə əlaqədar məzuniyyətini yarımçıq qoyub. Bu barədə Ambartsumyan sosial şəbəkələrdə yazıb.

“Bu yaxınlarda bizim bələdiyyədə baş verən hadisədən xəbər tutdum, təcili məzuniyyətdən qayıdıram. Ümid edirəm ki, sağlam düşüncə qalib gələcək və vəziyyət qan tökülmədən həll olunacaq”, - Ambartsumyan yazıb.

Qumbara və tapança ilə silahlanmış naməlum vətəndaş Zəngibasar şəhərinin meriyasına daxil olub. İlkin məlumata görə, kişi sərxoş olub. Binadan atışma səsləri eşidilib, ardınca partlayış olub. İlkin məlumata görə, binaya soxulan şəxs Ağsaqqallar Şurasının keçmiş üzvüdür.

Məlumatı Zəngibasar şəhərinin vitse-meri Norayr Akopyan təsdiqləyib.

Vətəndaş heç bir tələb irəli sürməyib, onun hərəkətlərinin motivləri anlaşılmaz olub. Onun şəxsiyyəti də müəyyən edilməyib. Hadisə yerinə polis, SNB və xüsusi təyinatlılar cəlb olunub.

Daha sonra xəbər yayılıb ki, həmin şəxsin zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat başlayıb. Hüquq-mühafizə orqanlarının nümayəndələri meriyanın binasına daxil olublar. Silahlı şəxsin zərərsizləşdirilməsi əməliyyatı üç saatdan çox davam edib.

Polis əməkdaşları silahlı şəxslə danışıqlar aparırblar. Danışıqlar zamanı atəş açılıb. Polis rəisinin birinci müavini və xüsusi təyinatlılar otağa daxil olub, orada başından güllə yarası almış bir kişi meyitini aşkar ediblər. Vətəndaş özünü güllələyib. Polis əməkdaşları arasında itki olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə