Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Moskva prospektində qeydə alınıb.
“Şamaxinka” kimi tanınan ərazidə yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1941-ci il təvəllüdlü Quliyev Vaqif Qulu oğlunu minik avtomobili vurub. 81 yaşlı kişi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarl tərəfindən araşdırma aparılır.




USD
EUR
GBP
RUB