Xaçmazda narkotik tərkibli çətənə kolları aşkar edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Şərif -Oba və Uzun-Oba kənləri ərazisindən yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.Ümumi çəkisi 1510 kiloqram olan, 3313 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə