Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınların söndürülməsi davam etdirilir

Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir. Bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti, əsən külək tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə