Gənc qız kafenin ikinci mərtəbəsindən özünü yerə atıb

Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Müzəffər Həsənov küçəsində qeydə alınıb.

1999-cu il təvəllüdlü Fərəcova T. R qızı özünü bacısına məxsus Günəş kafesinin ikinci mərtəbəsindən yerə atıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə