Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırılıb - YENİLƏNİB

Ekipaj üzvləri və mühəndis-texniki heyəti tərəfindən təyyarəyə baxış keçirildikdən sonra səbəb müəyyən edilib - sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı. Hava gəmisinin tam saz vəziyyətində və uçuşa hazır olması qərarı qəbul edilib. Bu barədə SİA-ya “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

Reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər.

Qeyd edilir ki, AZAL-ın uçuş heyətinin hərəkətləri aviaşirkətin ən mühüm vəzifəsi olan sərnişinlərin tam təhlükəsizliyinin təmin edilməsi ilə əsaslanır.

Bütün xəbərlər Facebook səhifəmizdə