Qəbələdə avtomobillər toqquşub

Qəbələ rayonunda avtomobillər toqquşub, ölən var.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə avqustun 12-i saat 15:00 radələrində rayonun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Vəndam qəsəbə sakini Aslan Şirazovun idarə etdiyi “Chevrolet” markalı və Uludağ kənd sakini T.Rəhimovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən A.Şirazov orada ölüb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə