Neftçala rayonunda nərkəzi bazarda yanğın hadisəsi baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə gecə saat 03:30 radələrində qeydə alınıb.
Belə ki, rayonun mərkəzi bazarında yanğın başlayıb. Qısa müddətdə alovun əhatə dairəsi daha da genişlənib.
Bu barədə məlumat daxil olan kimi hadisə yerinə FHN-nin Neftçala Yanğından Mühafizə hissəsinə məxsus dörd yanğınsöndürən maşını və xeyli canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib, yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB