Şayba 14 yaşlı xokkeyçini "öldürüb"...

Sankt-Peterburqun SKA məktəbində 2008-ci il təvəllüdlü xokkeyçi Vsevolod Malkov məşq zamanı sinəsinə şayba dəyməsi nəticəsində dünyasını dəyişib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Sankt-Peterburq komandasının mətbuat xidməti məlumat yayıb.

SKA rəhbərliyi faciənin avqustun 11-də baş verdiyi bildirib. Deyilənlərə görə, məşqlərdən birində müdafiəçinin klikləməsindən sonra şayba Malkovun sinəsinə, ürək nahiyəsinə dəyib. Klub həkimi dərhal xokkeyçiyə yardım edib və təcili yardım çağırıb. Daha sonra hal pisləşən xokkeyçini reanimasiyaya yerləşdiriblər.

Sankt-Peterburq komandasının mətbuat xidməti qeyd edib ki, təcili yardım həkimləri Malkovun ürəyini işə salıb onu xəstəxanaya çatdıra bilsələr də, 14 yaşlı idmançını xilas edə bilməyiblər.

Xokkey klubu mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib və onlara lazım olan hər cür yardımı göstərəcəklərinə söz verib.

Məktəbdən verilən məlumata görə , SKA hadisənin bütün halları ilə bağlı daxili araşdırma aparacağını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə