Bakı-Ələt-Qazax yolunda qəzada xəsarət alan şəxs ölüb

DİN Bakıda sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. DİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində Bakı şəhər sakini M.Vəliyev 164 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu E.Mürşüdovun idarə etdiyi “Hyundai” markalı avtomobilə vurub.

Qəza nəticəsində E.Mürşüdovun sərnişini Sevinc Mürşüdova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə