Diaspor gəncləri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları layihənin başa çatması ərəfəsində Cıdır düzündə olublar.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran gənclər “Azərbaycan” “Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarlarını səsləndiriblər.

Düşərgə iştirakçıları Şuşada olduqlarına və Cıdır düzünü ziyarət etdiklərinə görə xoş və inanılmaz hisslər keçirdiklərini söyləyiblər. Onlar sıldırım qayaları qəhrəmancasına fəth edib, qədim şəhərimizi mənfur düşmənin tapdağından azad edən və xalqımıza geri qaytaran Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Düşərgə iştirakçıları, həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini də ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə