Ağstafada Yol-İstismar idarəsinin işçisi intihar edib

Ağstafada intihar hadisəsi baş verib. SİA-nın məlumatına görə hadisə rayonun Köçvəli kəndində qeydə alınıb. 1985-ci il təvəllüdlü Elsəvər Şəmkiyev ov tüfəngi ilə özünə atəş açıb. 37 yaşlı şəxs hadisə yerində dünyasını dəyişib. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Qeyd edək ki 37 yaşlı E.Şəmkiryev Yol İstismar idarəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə